Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və Fələstin aras;nda yaşanan gərginlikdən sonra bir çox həmkarı ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, Fidan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, Misirin xarici işlər naziri Samih Şükrü, Fələstin xarici işlər naziri Riyad əl-Maliki və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefonla danışıb.
Diplomatlar Fələstin-İsrail münaqişəsinin deskalasiyası məsələlərini müzakirə ediblər.