Qəzza zolağından İsrail ərazisinə daxil olan yüzlərlə terrorçu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, son bir neçə saat ərzində İsrailin Quru Qoşunları və Hava Qüvvələri ölkənin cənubunda bir sıra məntəqələrdə əməliyyat keçirib və yüzlərlə terrorçunun qarşısı alınıb.
Eyni zamanda iki təyyarə Karni keçid məntəqəsi yaxınlığındakı təhlükəsizlik hasarını keçməyə cəhd edən terrorçuları zərərsizləşdirib. Daha 13 terrorçu keçid məntəqələrində döyüş təyyarələri tərəfindən məhv edilib.