Rusiya qüvvələrinin Ukraynanın Xerson şəhərini yaşayış məhəllələrini atəşə tutması nəticəsində bir körpə olmaqla 11 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyası teleqramda məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında Xersonun yaşayış məhəllələri dəfələrlə işğalçılar tərəfindən atəşə tutulub. Evlərə, avtomobillərə, qazpaylayıcı şəbəkələrə ziyan dəyib. Bəzi mərmilər partlamayıb, onlar daha sonra xilasedicilər tərəfindən zərərsizləşdirilib. 9 aylıq körpə daxil olmaqla 11 nəfər yaralanıb.
Yaralılar arasında Qızıl Xaç Cəmiyyətinin 33 yaşlı həkimi də var.