Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Ukraynalı hərbçilər Zaporoje vilayətində və Baxmut istiqamətində qismən uğur qazanıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində irəliləməyə davam edir, Zaporoje vilayətinin Verbov kəndində uğurlu nəticələr var.
“Ukrayna hərbçiləri Baxmut istiqamətində də hücum əməliyyatları keçirir, Klişçivka və Andrivka ərazilərində qismən uğur qazanıblar. Müdafiəçilərimiz işğalçılara canlı qüvvə və texnika itkiləri verir, ələ keçirilmiş xətlərdə möhkəmlənir və düşməni tükəndirir”, - məlumatda deyilir.