Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əsir mübadiləsinə dair danışıqlar gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin dövlət xəbər agentliyi “Sinxua” HƏMAS qruplaşmasındakı mənbəyə istinadla bildirib.
“Qətər ABŞ-ın dəstəyi ilə HƏMAS tərəfindən əsir götürülən israilli qadınların İsrail həbsxanalarında saxlanılan fələstinli qadın məhbusların müqabilində azad edilməsinə səbəb olacaq təcili razılaşma əldə etməyə çalışır”, - məlumatda deyilir.
Məlumatla bağlı İsrail tərəfindən heç bir şərh yoxdur.
Çin agentliyi qeyd edir ki, hazırda İsrail həbsxanalarında saxlanılan 36 fələstinli qadın var.