9 Oktyabr 2023 13:27
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrailin İrana zərbə vuracağı istisna deyil”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“HƏMAS qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir. HƏMAS İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzzanı aşmasını və İranın daha fəal müdaxiləsində maraqlı olub. Əlbəttə, İranın HƏMAS qruplaşmasına silah-sursat göndərdiyi sirr deyil, ancaq Tehran heç vaxt bunu açıq şəkildə etiraf etməyib. HƏMAS liderləri isə İsrailə dolayı mesaj veriblər ki, İranın dəstəyi ilə İsrailə hücum ediblər. İsrailin İrana zərbə vuracağı istisna deyil. HƏMAS-a da elə bu lazımdır. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər