9 Oktyabr 2023 17:10
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” terror təşkilatı İsrail və HƏMAS arasındakı münaqişəyə birbaşa müdaxilə edəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə hücum etməklə hədələyir.

Teleqraf.com xəbər verir ki, Livan terror qruplaşması ABŞ hərbi gəmilərinin İsrailə yaxınlaşmasından sonra verdiyi açıqlamada “Fələstin Ukrayna deyil” mesajını verib.

“Birbaşa müdaxilə edərsə, ABŞ-ın bölgədəki bütün mövqeləri müqavimət oxunun legitim hədəfinə çevriləcək və bizim hücumlarımızla üzləşəcək. Həmin gün qırmızı xətt olmayacaq”, - açıqlamada deyilir.

İran tərəfindən dəstəklənən “Hizbullah” dünən İsrailin mövqelərini atəşə tutub. Bəzi Qərb ölkələri İranın HƏMAS-ın İsrailə qarşı hücumunda iştirak edə biləcəyini iddia edir. Tehran bu ittihamla razılaşmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər