9 Oktyabr 2023 17:28
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailın keçmiş müdafiə naziri Aviqdor Liberman terrorçuların ölkəsinə dağıdıcı hücumundan sonra HƏMAS-ın kökünü kəsmək və məhv etmək üçün Qəzzaya qurudan müdaxiləyə çağırır.

Teleqraf.com xəbər verir ki, sabiq nazir HƏMAS liderlərinin məhv edilməsinin zəruri olduğunu deyir.

“Yaranmış vəziyyətdə HƏMAS-ın məhv edilməsi, bunun üçün Qəzza şəhərinə girmək tələb olunur. Bu yaxınlarda necə Ceninə daxil olmuşduqsa, Qəzzaya da elə girməliyik.”, - Liberman Qəzzanın terror qruplaşmasının əməliyyatlarının ən böyük mərkəzi olduğunu qeyd edir.

O, həmçinin hökuməti xaricdə HƏMAS liderlərinə sui-qəsd təşkil etməyə çağırır, onların harada olmasından asılı olmayaraq, qruplaşmanın rəhbərliyini izləməli olduğunu söyləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər