“Dünya terrorizmin bir sıra tərifləri üzərində razılığa gələ bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Hazırda beynəlxalq arenadan ölkədaxili mübahisələrə çəkilmək, susmağın vaxtı deyil. İnsanlar terrorizmin bir yerlə məhdudlaşdığını iddia etməməlidir”, - prezident bildirib.
Zelenski İranın Rusiyanın ölkəsinə qarşı işğalçı müharibəsinin ortağı olmasına diqqət çəkib:
“İranı Ukraynanın işğalı və İsrailə hücumla əlaqələndirirəm. İran Rusiyaya “Şahid” pilotsuz təyyarələri satırsa, Ukraynada baş verənlərlə heç bir əlaqəsinin olmadığını deyə bilməz”.