9 Oktyabr 2023 23:09
8 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanlı qardaşlarımızı Qarabağda qazandıqları qələbə münasibətilə bir daha təbrik edirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin toplantısı sonrası mətbuata açıqlamalar verərkən deyib.

“Ermənistandan gözləntimiz bundan sonra sülh və firavanlığa yönəlmiş bir yanaşma müəyyən etməkdir. Əgər Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, verdikləri vədlərə əməl etsələr, Ankara İrəvanla münasibətləri normallaşdırmağa davam edə bilər”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan, həmçinin İranı da bölgədəki layihələr üzrə birgə çalışmağa dəvət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər