Çeçenistan rəhbəri Ramzan Kadırov ən azı bir dəfə Fələstindəki vəziyyətlə bağlı ədalətli qərar qəbul edilməsini tələb edib.
Teleqraf.com xəbər verir ki, o, müsəlman ölkələrinin liderlərinə müraciət edərək koalisiya yaradılmasını xahiş edib.
"Dost adlandırdığınız şəxsləri, Avropanı və bütün Qərbi çağırın ki, yaraqlıları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar. Biz Fələstini dəstəkləyirik. Biz bu müharibənin əleyhinəyik. Mən özüm də İsraildə olmuşam. Bizim dinc nümayəndə heyətimiz açıq-aşkar təxribat cəhdləri ilə üzləşib. Ona görə də mən həm müharibəni dayandırmağa, həm də vəziyyətin hər hansı formada gərginləşdirilməməsinə çağırıram. Lazım gələrsə, bölmələrimiz asayişi bərpa etmək və istənilən təxribat törədənlərə qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi çıxış etməyə hazırdır”, - deyə Kadırov “Telegram” kanalında yazıb.