10 Oktyabr 2023 08:48
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz İsrailə bütün lazımi təhlükəsizlik sistemlərini göndərəcəyik. Təhlükəsizlik sistemlərinin ilk partiyası artıq İsrailə göndərilib”, deyə Kirbi bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər