10 Oktyabr 2023 20:39
2 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İrandan ballistik raketlər alarsa, bu, Ukrayna üçün ciddi təhlükəyə çevriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.

“Ballistik hücumları dəf etməkdə çətinlikləri bilən işğalçılar raket toplamağa çalışacaqlar. İrandan alsalar, bu, Ukrayna üçün təhlükəli olacaq”, - sözçü bildirib.

Eyni zamanda, İqnat xatırladıb ki, bu tip silahların dəqiq xüsusiyyətləri hələ də naməlum olaraq qalır:

“Bu, ciddi təhlükədir. Bir ildir ki, bu raketlərdən danışırlar. Nə qədər təsirli və dəqiq olduğunu heç kim bilmir. Əlbəttə, İran deyəcək ki, onlar daha yaxşıdır. Amma “İskəndər”dən üstün deyil, bu, 100 faizdir. Bununla belə, Rusiyanın əlinə çatsa, ciddi problem olacaq”.

Hərbi ekspert Aleksandr Kovalenkonun iddiasına görə, Ukrayna İranın Rusiyaya verməyə hazırlaşdığı “Fateh-110” və “Zülfüqar” ballistik raketlərinə qarşı mübarizə üçün alqoritmlər hazırlayıb. Onun fikrincə, Rusiya İran raketlərini alacağı təqdirdə yaxın ərazilərdə zenit müdafiəsinin ən aşağı konsentrasiyası olan “Fateh-110”-dan, “Zülfüqar”dan isə arxa cəbhə üçün istifadə edəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl İranın Rusiyanın işğalçı müharibəsinə şərik olduğunu deyib.

İran hazırda Rusiyanı “Şahid” tipli hücum dronları ilə təmin edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər