İsrail Müdafiə Qüvvələri Livan ərazisindən hücumlara artilleriya atəşi ilə cavab verir.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb
Məlumatda qeyd olunur ki, İsrail tankları “Hizbullah”ın müşahidə məntəqələrini vurub.
"Qısa müddət əvvəl Livan ərazisindən atılan atışlara cavab olaraq İsrail ordusunun tankları Hizbullah terror təşkilatının iki müşahidə məntəqəsinə hücum edib. İDF bütün ssenarilərə hazırdır və İsrail Dövlətinin vətəndaşlarını qorumağa davam edəcək", deyə məlumatda qeyd olunub.