İsrailin cənubundakı Kfar-Aza qəsəbəsində 200 cəsəd tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə i24 kanalı məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri bildirib ki, HƏMAS yaraqlıları qəsəbədə evlərə soxularaq insanları öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitləri evlərdən çıxarmağa davam edir.
Ölənlərin sayının artacağı istisana edilmir.
Ölənlər arasında körpələr də daxil olmaqla 40-a yaxın uşaq var.