11 Oktyabr 2023 08:15
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza zolağının Əl-Furqan bölgəsində 200-dən çox hədəfə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

Bildirilib ki, Əl-Furqan bölgəsi HƏMAS silahlıları tərəfindən “terror mərkəzi” kimi istifadə olunub, buradan “İsrailə qarşı çoxlu terror hücumları” həyata keçirilir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər