15 Yanvar 2015 21:52
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının liderinin həyatı üçün ciddi təhlükə yaranıb. Belə ki, bu ölkəyə səfər edəcəyi təqdirdə ABŞ Prezidentinə sui-qəsd təşkil olunacaq.

Təxribatın məhz Barak Obamanın Hindistana səfəri zamanı silssilə terror aktları şəklində törədilməsi planlaşdırılır.

Teleqraf.com-un "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu Hindistanın general-leytenantı Karan Sinqh deyib.

Onun sözlərinə görə, təqribən 200 silahlı Hindistan ərazisinə keçməyə hazırlaşır: "Hindistan-Pakistan sərhədində terrorçu şəbəkəsi fəaliyyət göstərir. Onlar hərbi, mülki obyektlərə və məktəblərə hücum etməyi düşünürlər".

Qeyd edək ki, 26 yanvar Respublika Günü ilə əlaqədar B.Obamanın Hindistana səfəri gözlənilir.


Müəllif:

Oxşar xəbərlər