11 Oktyabr 2023 16:18
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail və Fələstin arasında sülh paytaxtı Şərqi Qüds olan Fələstin dövləti ilə mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mülki insanlara qarşı hər hansı bir hücumu doğru saymırıq, müharibənin də bir əxlaqı var. Qarşıdurmalarda bu prinsip açıq şəkildə pozulub. Bu, savaş deyil, qətliamdır. Mülki əhalinin öldürülməsi yalnız terror təşkilatının refleksidir. Dövlət kimi davranmasa, terror təşkilatına göstərilən münasibət görəcək”, - dövlət başçısı vurğulayıb.

Prezident Ərdoğan bildirib ki, Türkiyə məsələnin həlli üçün əlindən gələni edəcək:

“Fələstin məsələsinin həll olunmamağa məhkum olmasının səbəblərindən biri də verdiyi vədlərin heç birini yerinə yetirməyən beynəlxalq ictimaiyyətdir. BMT və digər təşkilatlar Fələstin xalqını tək buraxdılar, vədlərinə əməl etmədilər, fələstinlilərin haqq və hüquqlarını qoruya bilmədilər. Biz bunu indi demirik. Mən əvvəllər bu həqiqətləri BMT kürsüsündən bütün dünyaya açıq demişəm.

Hər kəs humanitar yardımların kəsilməsi kimi bütün Fələstin xalqını cəzalandırmaq məqsədi daşıyan impulsiv qərarlardan uzaq durmalıdır.

İsrail və Fələstin arasında sülh paytaxtı Şərqi Qüds olan Fələstin dövləti ilə mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər