15 Yanvar 2015 22:45
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il 10 minlərlə rusiyalı Qərb ölkələrinin vətəndaşlığını qəbul edib. Bu ölkələrin böyük qismində xarici vətəndaşlıq alanlar sırasında əksəriyyət təşkil ediblər.

Bu ölkələr sırasında Finlandiya da isitsna deyil. 2014-cü ildə Finlandiya vətəndaşlığını almış əcnəbilərin əksəriyyəti rusiyalı olub.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Finlandiya Miqrasiya Xidməti xəbər yayıb.

Xidmətdən bildiriblər ki, ötən il ümumilikdə təqribən 8,5 min əcnəbi bu ölkənin vətəndaşlığını qəbul edib. Onlardan 2,3 mini rusiyalıdır.

Bundan başqa, rəsmi Helsinki 1,3 min əcnəbiyə siyası sığınacaq verib. Onların çoxu Rusiya, İraq və Somali vətəndaşlarıdır.


Müəllif:

Oxşar xəbərlər