11 Oktyabr 2023 20:28
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təşəbbüsü ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Qahirə altı saatlıq humanitar fasilə elan etməyi təklif edir. Bildirilir ki, Misir ABŞ ilə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına yardım çatdırmaq planlarını müzakirə edir.

Qeyd olunur ki, Misirin humanitar təşkilatları İsrailin atəş təhlükəsi səbəbindən Rəfahda keçidin dayandırılması ucbatından hazırda Qəzza zolağına humanitar yardım göndərə bilmir. Xüsusilə Misir Qızıl Aypara Cəmiyyəti fələstinlilər üçün tibbi ləvazimat, dərman və ərzaq da daxil olmaqla, təcili yardım karvanı hazırlayıb, lakin hələlik onu çatdırmaq mümkün deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər