12 Oktyabr 2023 08:15
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də Qəzzadakı münaqişə ətrafında vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın Daimi Nümayəndəliyi məlumat verib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər