16 Yanvar 2015 02:20
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD döyüşçüləri tərəfindən girov götürülmüş 2 qadın azad olunub. Xatırladaq ki, İtaliya vətəndaşıolan hər iki qadın ötən ilin avqustunda itkin düşmüşdülər. Sonradan onların girov götürüldüyü bəlli olmuşdu.

Suriyanın hökuət qüvvələrinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində girov götürülmüş iki italiyalı gənc qadın artıq əsirlikdən qurtulublar.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, söhbət avqustun 1-də naməlum silahlı şəxslər tərəfindən girov götürülmüş 21 yaşlı Vanessa Mardzulo və onun 20 yaşlı rəfiqəsi Qreta Ramellidən gedir.

Onlar Suriyaya humanitar məqsədlə gəlmişdilər və cəmi bir neçə gün sonra girov götürülüblər.

Qeyd edək ki, yanvarın 1-də internetdə yayılmış video çarxda əyinlərində çadra olan Vanessa və Qretta hökumətdən və vasitəçilərdən onların Milad bayramınadək azad edilmələri barədə öz xahişlərini çatdırmışdılar.


Müəllif:

Oxşar xəbərlər