12 Oktyabr 2023 18:28
5 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya dövlət televiziyası İsrailin Dəməşq və Hələb hava limanlarını vurduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İsrail mənbələri hücumun səbəbinin yüksək səviyyəli İran rəsmilərinin bölgəyə gəlməsinin qarşısını almaq olduğunu bildirib.

Məlumata görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı gətirən təyyarə İsrailin zərbələri səbəbindən Suriyaya enişdən imtina edərək Tehrana qayıdıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər