16 Yanvar 2015 03:01
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa əksər ölkələrində Paris terrorundan sonra geniş antiterror əməliyyatlarınn həyata keçirilməsinə başlanılıb.

Bu tədbirlərgüc strukturları tərəfindən mümkün yeni terror dalğasına qarşı qabaqlayıcı addımlar kimi dəyərləndirilir.

Belə əməliyyatlardan biri də Belçikanın şərqində keçirilib. Vervye şəhərində antiterror əməliyyatı keçirilən zaman azı 3 nəfər həlak olub.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu barədə yerli RTL radiostansiyası məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, şəhərin mərkəzində atəş səsləri aydın şəkildə eşidilib.

Əməliyyat zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir.

İnsidentin təfərrütları hələlik açıqlanmır


Müəllif: