12 Oktyabr 2023 23:37
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, avropalı diplomat daha əvvəl Bakıda olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər