13 Oktyabr 2023 08:42
14 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabonda avqustun 30-da hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan prezident Ali Bonqo Ondimbanın həyat yoldaşı Silvia Valentin həbs edilib.

Teleqraf.com xəbər verir ki, ona qarşı qarşı pul mənimsəmə və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Ölkə mətbuatında yer alan xəbərə görə, Librevildə hakim qarşısına çıxan Silvia Bonqonun Librevil Mərkəzi Həbsxanasında saxlanılmasına qərar verilib.

Qeyd edək ki, Qabonda hərbi çevrilişlə hakimiyyətə gələn general Brays Oliqui Nguema korrupsiya ilə mübarizəyə başlayacağını açıqlayıb və bu çərçivədə bir çox yüksəkvəzifəli şəxslər, o cümlədən Ali Bonqonun oğlu Nureddin Bonqo da həbs edilib.

Xatırladaq ki, Bonqo ailəsi 56 il Qabonu idarə edib. Avqustun 30-da Qabonda bir qrup əsgər milli televiziya binasına daxil olaraq hökuməti ələ keçirdiyini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər