13 Oktyabr 2023 09:41
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İsrail və Fələstin arasında yaşanan son hadisələr nəticəsində Livandakı vətəndaşlarına ölkənin cənubuna səyahət etməmələri barədə çağırış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vətəndaşlara mümkün qədər Livanın cənubundakı bölgələrdən uzaq durmaları tövsiyə edilib.

Qeyd edək ki, oktyabrın 7-dən etibarən HƏMAS-ın İsrailə hücumları çərçivəsində Livan ərazisindən də İsrailə raketlər atılır. İsrail Müdafiə Ordusu həmin bölgələrə cavab atışları həyata keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər