İsrailin Qəzza zolağından genişmiqyaslı təxliyə əmri verdikdən sonra HƏMAS fələstinliləri evlərində qalmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, HƏMAS Qəzzanın şimalındakı sakinləri öz evlərində qalmağa və İsrail qarşısında möhkəm dayanmağa çağırıb.
İsrail yüz minlərlə insanın yaşadığı Qəzza şəhəri də daxil olmaqla, bölgənin şimalının boşaldılmasını əmr edib. Söhbət 24 saat ərzində təxliyə edilməli olan 1.1 milyon insandan gedir.
BMT bildirir ki, 400 min fələstinli artıq evlərini tərk etmək məcburiyyətində qalıb.