13 Oktyabr 2023 13:22
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın HƏMAS-ın İsrailə amansız hücumunda əli olduğuna dair birbaşa sübut yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“İranın HƏMAS-la çoxdan əlaqələri var. İranın uzunmüddətli dəstəyi olmasa, HƏMAS indiki HƏMAS olmazdı. Biz bunu bilirik, görürük. Konkret hücuma gəlincə, hazırda əlimizdə İranın hücumun planlaşdırılmasında və ya həyata keçirilməsində əli olduğuna dair birbaşa sübut yoxdur”, - dövlət katibi bildirib.

“ABŞ-ın İsrailin cavabı ilə bağlı “qırmızı xətt”i" varmı” sualına Blinken belə cavab verib:

“Planlarını onlarla müzakirə etdik, amma təfərrüatlara varmaq fikrində deyiləm. Biz onları dəstəkləməyə sadiqik”.

Daha geniş regional müharibənin başlanması ilə bağlı narahatlıqların olub-olmaması ilə bağlı suala cavab olaraq, Blinken ABŞ-ın buna imkan verməməkdə qərarlı olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu