13 Oktyabr 2023 14:10
2 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Fələstin-İsrail eskalasiyası ilə bağlı situasiyada artıq “bacardığını” edib, dünyanın qalan hissəsi bundan sonra “təmizlik”lə məşğul olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiyalı diplomat bunu ABŞ-ın İsrailə hərbi qüvvə göndərmək niyyətində olmadığı barədə bəyanatını şərh edərkən bildirib.

“Demək, artıq nə edə bilərlər, etdiklərini ediblər. İndi, həmişə olduğu kimi, hamı “təmizlik”lə məşğul olacaq”, - Zaxarova vurğulayıb.

Rusiya rəsmisi 2008-ci ildə ABŞ-ın daşınmaz əmlak bazarının çökməsi nəticəsində yaranan maliyyə böhranı ilə bağlı vəziyyəti də xatırladıb:

“Dünya iqtisadiyyatı bu partlayışdan sonra aylarla çökdü”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər