14 Oktyabr 2023 10:23
4 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qəzzaya 7 gündür davam edən intensiv bombardmanın ardından bir çox fələstinli sosial media hesablarında vəsiyyətlərini paylaşmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, qəzzalılar vəsiyyətlərində başlarına bir iş gələrsə, haqqı olanlardan bağışlanmalarını istəyib, ölümdən qorxduqları üçün bu mesajları yazmadıqlarını vurğulayıblar.

Fələstinli İhab Süleyman paylaşımda deyir: “Kimin mənə qarşı haqqı və ya iddiası varsa, mənə bildirsin, ya da halal etsin. Mən sizi bağışladım, lütfən məni bağışlayın. And içirəm ki, ölümdən qorxmuruq. Şəhidlər həmişə qalibdir”.

Rizk əl-Cucu adlı başqa bir istifadəçi isə “Bağışlanma diləmək” başlıqlı paylaşımında bildirib: “Kimə haqsızlıq etmişəmsə və ya kimə borcum olubsa, məlumat verməsini, ya da halal etməsini diləyirəm. Özümüzü, ailəmizi, evlərimizi və sevdiklərimizi Allaha əmanət edirəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər