Uğurlu olduğunu iddia etməsinə baxmayaraq, Rusiyanın Avdivə hücumu tamamilə nəticəsiz bitib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW Rusiya qüvvələrinin Avdivi istiqamətində yerləşən Krasnoqorivkadan cənuba və Pervomayskdan cənub-şərqə bir qədər irəliləyə bildiyini vurğulayır. Ruslar Avdiv koks zavodunu da ələ keçirdiklərini iddia etsələr də, ABŞ institutu buna dair heç bir sübut tapmayıb.
“Rusiyanın Donetsk vilayətinin Avdiv bölgəsi istiqamətində davam edən hücum əməliyyatları şəhər ətrafında uğursuzluğa düçar olub”, - ISW bildirir.
Amerikalı analitiklər Rusiyanın uğursuzluqlarının bəzi səbəblərini qeyd edirlər. Ukrayna qüvvələri rusların irəliləyişini ləngitmək üçün minalanmış sahələrdən fəal şəkildə yararlanırlar.