14 Oktyabr 2023 15:01
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus İsraildən Qəzzadakı əl-Evda xəstəxanasını boşaltmaq qərarından əl çəkməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş direktor özünün “X” platformasında paylaşım edib.

“İsrail Qəzzadakı əl-Evda xəstəxanasının boşaldılması üçün iki saat vaxt verib. Biz İsraildən bu qərarı ləğv etməyi xahiş edirik. Evakuasiya xəstələrin və tibb işçilərinin həyatını birbaşa riskə atacaq” - paylaşımda qeyd olunub.

Sərhədsiz Həkimlər Təşkilatı (MSF) “X” platformasından İsrailin Qəzzada ayrı-seçkilik etmədən qan tökməsini və səhiyyəyə hücumlarını qınayıb: “İsrail əl-Evda xəstəxanasının boşaldılması üçün cəmi iki saat vaxt verdi. Əməkdaşlarımız xəstələrin müalicəsini davam etdirir. Qəzzada davamlı qan tökülməsini və səhiyyə xidmətlərinə hücumları birmənalı şəkildə qınayırıq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər