HƏMAS Hərəkatı Rusiya Prezidenti Vladimir Putinin mövqeyini və Moskvanın Qəzza zolağında vəziyyəti nizamlamaq səylərini yüksək qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin təşkilatınin bəyanatında deyilir.
“Biz – HƏMAS Hərəkatı Rusiya Prezidenti Vladimir Putinin xalqımıza qarşı davam edən sionist təcavüzünü və Qəzza zolağının blokadasını, humanitar yardımların kəsilməsini və silahsız mülki şəxslərə hücumu qəbul etməməsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Biz həmçinin Rusiyanın Qəzza zolağında Fələstin xalqına qarşı sistemli və barbar sionist təcavüzünə son qoymaq üçün yorulmaz səylərini alqışladığımızı bir daha təsdiqləyirik”, - bəyanatda deyilir.
Bundan əvvəl Rusiya dövlət başçısı bildirib ki, İsrail amansız hücuma məruz qalıb, amma münaqişənin həlli yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstinin yaradılması ilə mümkün olardı. O, həmçinin qeyd edib ki, Qəzzada quru əməliyyatı olacağı təqdirdə mülki əhalinin itkiləri qəbuledilməzdir.