14 Oktyabr 2023 14:38
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail-HƏMAS savaşının Suriya və Liviyaya yayılması ehtimalı yüksəkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber 7” saytının analitiki Akif Küçükal deyib.

Ekspert bildirib ki, İsrail-HƏMAS savaşı davam edərkən, Qərb Türkiyənin də içində olduğu bədnam planlar üzərində işləyir:

“Prezident Ərdoğanın tez-tez qeyd etdiyi kimi, sülhün yeganə yolu ikidövlətli həlldən keçir. Bu, hətta İsrail Qəzzanı dümdüz etsə də belədir. Türkiyənin oynadığı rol çox önəmlidir. Ərdoğanın girovlar üçün dövriyyəyə girməsindən sonra iki uşaq və bir mülki şəxsin azad edildiyini gördük. Prosesin davamında Türkiyəyə böyük ehtiyac olacaq.

Dəyənəyin bir ucu İsrailə dəyirsə, digər ucu İrana dəyir. Azərbaycanın İsraillə qurduğu güclü əlaqələri nəzərə alsaq, bu gərginlikdə Türkiyənin durduğu nöqtənin önəmini daha aydın başa düşmək olar.

ABŞ və Britaniya Qəzzada baş verənlər sayəsində Şərqi Aralıq dənizində daimi qalmaq üçün bəhanə əldə edib. Həmin təyyarədaşıyan gəmilər HƏMAS-a qarşı göndərilib? Eyni zamanda, ABŞ Suriya ilə bağlı “milli fövqəladə vəziyyət”i boş yerə bir il uzatdı? Əlbəttə, yox.

Müharibənin ilk növbədə Livan və Suriyaya sıçrayacağı ehtimalı yüksəkdir. Ərdoğanın “Bizim üçün tamaşa oynayırlar” vurğusu diqqət çəkir.

Türkiyə Silahlı Qüvvələrinin Suriyada PKK/YPG-yə qarşı əməliyyatlarının ən güclü şəkildə davam etdirilməsi və terrorçuların məhv edilməsi vacibdir. Mümkün toqquşmaya (regional) – çirkin oyuna Türkiyənin də cəlb olunacağı ehtimalını gözardı edə bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər