14 Oktyabr 2023 17:40
2 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh Çeşməsi” əməliyyatından bir həftə sonra Türkiyə qarşısında 13 maddəlik öhdəlik götürən ABŞ bu vədlərin heç birinə əməl etməyib, PKK terror təşkilatına hərbi dəstək verib. Son olaraq bölgədə türk PUA-sını vuran ABŞ İraq və Suriyada terrorçular qarşı keçirilən əməliyyatlardan həmişə narahatlığını dilə gətirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi ilə güclənən və İŞİD-in çəkildiyi əraziləri ələ keçirən PKK-PYD/YPG Türkiyənin müdaxiləsi ilə köşəyə sıxıldı. Türkiyənin sərhəd təhlükəsizliyini qorumaq və bölgəki mülki əhali üçün təhlükəsizliyi təmin etmək məqsədilə İraq və Suriyada apardığı antiterror əməliyyatları ABŞ-ı narahat edib. Nəhayət, Prezident Co Bayden Türkiyəni “ABŞ-ın milli təhlükəsizliyinə təhdid” adlandırıb. Baydenin imzaladığı sərəncamda Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatlarından narahatlıq dilə gətirilib.

“Yeni Şafak” yazır ki, Türkiyənin əməliyyatlarının davam etdiyi vaxtda ABŞ-dan gələn mesaj terror təşkilatının köşəyə sıxışdırıldığını üzə çıxarır. ABŞ bildirir ki, Türkiyənin Suriyadakı fəaliyyəti milli təhlükəsizlikləri üçün fövqəladə təhdiddir. Belə bir sual yaranır: ABŞ-ın Suriyada torpağı varmı ki, Türkiyə oranı təhdid edir? Suriyada torpaqları olmayan, amma belə bir iddiası olan ABŞ Suriyadakı hərbi birləşmələrini öz ərazisi kimi görür.

2019-cu ildə “Sülh Çeşməsi” əməliyyatından bir həftə sonra Türkiyə və ABŞ masa arxasına oturub, Amerika tərəfi üzərinə 13 maddəlik öhdəlik götürüb.

Razılaşma Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın o zamankı vitse-prezidenti Mayk Pens arasında əldə olunub. ABŞ razılaşma çərçivəsində YPG/PYD terror təşkilatını dəstəkləməmək, terrorçuları ələ keçirdiyi ərazilərdən çıxarmaq və Suriyanın ərazi bütövlüyünü qorumaq öhdəliyi götürüb. Amma Vaşinqton indiyədək bunları yerinə yetirməyib. Vədlərinə əməl etməyən ABŞ, əksinə, YPG/PYD-nin Suriyada daha da böyüməsinə şərait yaradıb. Silah yardımını kəsmək əvəzinə terror təşkilatına dəstəyini artırıb. Yəni Baydenin iddiasının əksinə olaraq, Türkiyə ABŞ-ın yox, ABŞ Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər