Qərb ölkələrinin Rusiyanı HƏMAS-ı silahla təchiz etməkdə ittiham etmək cəhdləri spekulyasiyadır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Qərb ölkələrində Fələstin-İsrail münaqişəsinin növbəti raundu ilə bağlı spekulyasiyalar yayılır, Rusiyanı HƏMAS-ın hərbiləşdirilmiş strukturlarını silah-sursatla təchiz etməkdə iştirakda ittiham etmək cəhdlərini görürük. Hətta Rusiyanın yardımı ilə Qəzza zolağında yüngül və atıcı silahların, eləcə də döyüş sursatlarının istehsalının yaradılması ilə bağlı fantastik təlqinlər var”, - Rusiya rəsmisi bildirib.
Zaxarova bütün bunların spekulyasiya olduğunu söyləyib.