16 Yanvar 2015 10:10
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Filadelfiya ştatında taksi fəaliyyəti ilə məşğul olan sürücü 1 dəqiqəsinə təxminən 1000 dollar qazanıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, qəribə hadisə dekabr ayının 13-də baş verib. Belə ki, müştəri taksiyə əyləşərək bir dəqiqədən sonra düşüb. Lakin o, 1 dəqiqəyə görə, taksi sürücüsünə 1000 dollar pul ödəyib. Bu xəbər düz 1 aydan sonra mətbuatda yayımlanıb.

Taksi sürücüsü Umar Meyqin dediyinə əsasən, naməlum müştəri avtomobilə əyləşdikdən sonra ondan hal-əhval soruşub və həyatı ilə maraqlanıb. Bundan əlavə, müştəri avtomobilin təmiz olmasını da taksi sürücüsünə bildirib. 2 kilometr məsafə getdiyi üçün müştəri sürücüyə 4 dollar xidmət haqqı və 990 dollar da əlavə ödəyərək avtomobildən çıxıb. Meyq avtomobildən çıxaraq naməlum müştərinin ardınca düşüb pulu qaytarmaq istəyib. Lakin səxavətli müştəri ona gülümsəyərək uğurlu gün arzulayıb.

Qərbi Afrikadan olan Umar Meyqin işlədiyi taksi şirkəti sosial şəbəkədə “sirli Santa” haqqında məlumat dərc edib. Şirkət rəhbərliyi deyib: “Biz istərdik ki, həmin adamı tapıb, ona minnətdarlığımızı bildirək. Meyq bu pula layiq idi. Çünki o, çox gülərüz və mehriban insandır”.

Taksi sürücüsü Meyqin həmkarlarının verdiyi məlumata görə, pul onun həyatını heç də dəyişməyib. O, hələ də, taksi fəaliyyətini göstərməyə davam edir və qazandığı pulun bir qismini Qərbi Afrikada yaşayan kasıb əhaliyə sərf edəcək.


Müəllif:

Oxşar xəbərlər