İsrail Qəzzanın cənubunda müvəqqəti atəşkəsin elan olunması barədə xəbəri təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
Qeyd edilib ki, belə bir razılıq əldə olunmayıb.
Xatırladaq ki, daha əvvəl əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırılması məqsədilə ərazidə müvəqqəti atəşkəsin elan olunduğu bildirilmişdi.
***
09:56
Qəzza zolağının cənub bölgələrində beş saatlıq atəşkəs rejimi tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu addım əcnəbilərin bölgəni tərk edə bilməsini təmin etmək, eləcə də, Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.