Kolumbiya Prezidenti Qustavo Petro İsrailin ölkəsinə təhlükəsizlik avadanlıqları ixracını dayandırmaq qərarından sonra Təl-Əvivlə əlaqələri dayandırmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, prezident bölgə ölkələrini Kolumbiyaya dəstək verməyə çağırıb.
“İsraillə xarici əlaqələri dayandırmaq lazımdırsa, bunu edəcəyik. Biz soyqırımını dəstəkləmirik. Kolumbiya prezidentini təhqir etmək olmaz. Latın Amerikasını Kolumbiya ilə həqiqi həmrəylik nümayiş etdirməyə çağırıram”, - Petro deyib.
İsrail Kolumbiyanın Təl-Əvivdəki səfiri Marqarita Menharezi Qustavo Petronun Qəzzaya hücumlarla bağlı verdiyi açıqlamaya görə Xarici İşlər Nazirliyinə çağırıb. XİN-də səfirə Kolumbiya liderinin anti-İsrail və antisemit açıqlamalarından narazılıq bildirilib.
İsrail Petronun açıqlamalarına cavab olaraq Kolumbiyaya hərbi ixracı dayandırıb.
Kolumbiya prezidenti oktyabrın 9-da İsraili HƏMAS-ın hücumuna verdiyi cavab formasına görə tənqid edib.