16 Oktyabr 2023 12:09
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ hərbçiləri girovluqda olan həmvətənlərimizi azad etmək üçün Qəzza zolağında yerləşdirilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Girovluqda olan vətəndaşlarımızın azad edilməsi və vətənə qaytarılması məsələsində heç nəyi istisna etməyəcəm”, - ABŞ rəsmisi bildirib.

Bununla belə, Kirbi qeyd edib ki, Vaşinqtonun Fələstin-İsrail münaqişəsində iştirak etmək üçün Amerika qoşunlarını göndərmək planı və ya niyyəti yoxdur. O, həmçinin qeyd edib ki, Co Bayden administrasiyası Qəzza zolağında amerikalı girovlar məsələsi üzərində hər saat işləyir.

“Bu, prezidentin bir nömrəli prioritetidir və onun üçün xaricdə girov saxlanılan amerikalıların təhlükəsizliyi daha vacib heç nə yoxdur. Biz onları ailələrinə qovuşdurmayana qədər dayanmayacağıq”, - Kirbi əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər