16 Oktyabr 2023 13:47
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ali Apellyasiya Məhkəməsinin 9-cu Mülki Kollegiyası bəyan edir ki, iş yerində həmkarlarının qeybətini edən, işçiləri bir-birinə qarşı qoyanlar təzminat ödənilmədən işdən çıxarıla bilər.

Teleqraf.com xəbər verir ki, Türkiyədə işindən qovulan gecə gözətçisi Əmək Məhkəməsinə müraciət edib.

İşdən çıxma və təzminat tələb edən gənc iddiaçı əlavə iş haqqı da istəyib.

İşəgötürən iddiaçının öz işini həqiqət və dürüstlük qaydalarına uyğun görmədiyini, qeybət edərək işçiləri bir-birinə qarşı qoyduğunu, şifahi xəbərdarlıqlara baxmayaraq davranışını dəyişmədiyi üçün əmək müqaviləsinə xitam verildiyini əsas gətirərək davanın rədd edilməsini istəyib.

Məhkəmə işin qismən qəbul edilməsi barədə qərar çıxarıb.

Ali Məhkəmə həmkarlarına böhtan atan və qeybət edən işçinin təzminat ödənilmədən işdən çıxarılmasını məqsədəuyğun hesab edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər