16 Oktyabr 2023 16:20
5 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, telefon danışığında İsraillə Fələstin arasındakı münaqişə, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.

Görüş zamanı Prezident Ərdoğan münaqişənin tez bir zamanda sona çatmasının regional və dünya sülhü üçün vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün intensiv səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılmasının və müsbət addımların atılmasının lazım olduğunu bildirib.

Türkiyə lideri İsrail-Fələstin məsələsində qarşılıqlı addımların atılmasının qalıcı həllə gətirib çıxaracağını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər