16 Oktyabr 2023 17:05
2 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa müdafiə naziri Sebastyan Lekornu İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Lekornu ölkəsinin İsrailə daha çox kəşfiyyat dəstəyi verdiyini açıqlayıb.

Kəşfiyyat məlumatlarını iki ölkə arasında ənənəvi tərəfdaşlıq çərçivəsində Təl-Əvivə təqdim etdiklərini qeyd edən nazir terrorla mübarizədə böyük təcrübəyə malik olduqlarını iddia edib.

Fransanın İsrail-Fələstin məsələsində ikidövlətli həllin lehinə mövqe tutmağa davam edəcəyini vurğulayan Lekornu Qəzza zolağındakı vəziyyətin çətinliyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər