16 Oktyabr 2023 17:28
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski HƏMAS-ın hücumu ilə bağlı həmrəylik əlaməti olaraq İsrailə səfər etmək istəyib. Amma ona indi bunun vaxtının olmadığı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Hücumdan sonra Zelenski İsraillə həmrəy olduğunu söyləyərək, bu ölkənin terrorçuların hücumlarına qarşı mübahisəsiz özünümüdafiə haqqının olduğunu bildirib.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynaya hücumundan sonra İsrail dəfələrlə Ukraynaya dəstəyini ifadə edib, amma hərbi yardım təklif etməyib, bu, Kiyev və Yerusəlim arasında diplomatik gərginliyə səbəb olub.

“İsrail Suriyada böyük hərbi varlığa malik Moskva ilə qarşı-qarşıya gəlməyə cəsarət etmədi”, - məqalədə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər