16 Oktyabr 2023 20:33
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur dəhlizi Türkiyənin ictimai-siyasi gündəminin ən mühüm hissəsinə çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

Onun sözlərinə görə, hətta Türkiyənin müxalifət partiyaları da bu məsələni müzakirə edirlər:

“Məsələn, müxalifətdə olan millətçi İYİ Partiyanın sədri Maral Akşənər ötənlərdə Zəngəzur dəhlizi haqda danışıb. Akşənər bildirib ki, Azərbaycanla Türkiyə arasında birbaşa və maneəsiz əlaqə yaranacaq, Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının birləşməsi üçün tarixi addım atılacaq.

Ümumiyyətlə, Zəngəzur dəhlizi hazırda bütün Yaxın Şərqin ən mühüm problemlərindən biridir və onun istənilən həlli bütün regiona təsir edəcək. Türkiyə üçün isə bu, türk dünyasının birləşməsini reallaşdırmaq üçün tarixi şansdır. Türkiyənin bütün siyasi çevrələrinin bu dəhlizin açılmasının vacibliyindən danışmalarının səbəbi budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər