İran və Rusiya prezidentləri İbrahim Rəisi və Vladimir Putin Qəzza zolağı və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İran prezidentinin müavini Məhəmməd Cəmşidi məlumat verib.
“Rəisi Prezident Putinlə söhbətində sionistlərin (İsraili nəzərdə tutur – red.) davam edən hərbi cinayətləri ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, mühasirənin davam etməsi, qadın və uşaqların qırğını, Qəzzaya və onun qanuni və seçilmiş hökumətinə qurudan hücum bir çox cəbhələrdə uzun sürən müharibəyə gətirib çıxaracaq. Tərəflər Qafqaz məsələsini də müzakirə ediblər”, - İran rəsmisi bildirib.