İranın dini lideri Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid əl-Qədumi ilə görüşü zamanı İsrailin tezliklə süqut edəcəyini, Fələstinin qalib gələcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, o, İsrailə hücumu alqışlayaraq, HƏMAS-ın yekun qələbəyə doğru “düzgün yol”da irəlilədiyini deyib.
Onun sözlərinə görə, HƏMAS-ın davam edən hücumları “düşmənləri şoka salan mühüm addım”dır. Vilayəti İranın Fələstin xalqını dəstəklədiyini vurğulayıb.
Vilayəti HƏMAS yaraqlılarını bütün gücləri ilə irəliləməyə çağırıb.