Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə keçiriləcək anma mərasiminə ermənistanlı həmkarı Serj Sarkisyanı dəvət edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 23-24 aprel tarixində keçiriləcək mərasimlərə 102 ölkənin nümayəndələrinin qatılması gözlənilir. Ərdoğan Sarkisyanla yanaşı amerikalı həmkarı Barak Obamaya da dəvət məktubu göndərib.
Sarkisyan hələ ki dəvətlə bağlı fikrini söyləməyib.
Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.
Samir