Rusiya Prezidenti Vladimir Putin “Bir kəmər, bir yol” üçüncü Beynəlxalq Forumunda iştirak etmək üçün Çinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Yaxın bir neçə saat ərzində Çinə səfərimiz var. Üçüncü Beynəlxalq “Bir kəmər, bir yol” Forumu çərçivəsində Prezident Vladimir Putinlə Çin Lideri Si Cinpin arasında danışıqlar aparılacaq”, - Y.Uşakov deyib.